Yuxarı
    Bağlamaq

    AzTV-nin məşhur qəzetinin çapı dayandırılıb

    “Ekran-efir” qəzeti bundan sonra fəaliyyətini kağız deyil, onlayn formatda davam etdirəcək

    Bakı. 4 dekabr. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsisçisi olduğu “Ekran-efir” qəzeti fəaliyyətini dayandırıb. “Report”un xəbərinə görə, qəzetin əməkdaşları işdən çıxarılıb.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım “Report”a açıqlamasında bildirib ki, “Ekran-efir” qəzeti bundan sonra fəaliyyətini kağız deyil, onlayn formatda davam etdirəcək: “Qəzetin onlayn formata keçidi çoxdan planlaşdırılırdı”.

    “Ekran-efir” qəzeti işçilərinin vəzifədən çıxarılmasına gəlincə, X.Qasım bunları deyib: “Kadr məsələləri daxili işimiz olduğundan bu barədə açıqlama vermirik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi