AZƏRTAC-ın nizamnamə fondu 25 milyon manat təşkil edəcək

AZƏRTAC-ın nizamnamə fondu 25 milyon manat təşkil edəcək Azərbaycan Prezidenti AZƏRTAC-ın fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb
Media
19 Dekabr , 2017 18:54
AZƏRTAC-ın nizamnamə fondu 25 milyon manat təşkil edəcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən, AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə və agentliyin özünə həvalə olunub.

Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 25 milyon manat təşkil edir. AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyəti sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Agentliyin Nizamnaməsində AZƏRTAC-ın fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.

Son xəbərlər

Orphus sistemi