Yuxarı
    Bağlamaq

    Azərbaycanda yeni xəbər kanalının adı açıqlanıb

    Telekanala ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib© Report

    Bakı. 28 dekabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

    Şuradan "Report"a verilən məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilib. Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

    Yeni ümumrespublika televiziya yayım kanalının adı ARB24 olacaq. 

    İclasda həmçinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 1 yanvar 2018-ci il tarixdən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi