Azərbaycan saytlarında dil normalarının pozulmasının qarşısının alınması üçün təkliflər verilib

Azərbaycan saytlarında dil normalarının pozulmasının qarşısının alınması üçün təkliflər verilib "Ana dilinin qorunması ancaq bir qurumun deyil, hamının vəzifəsidir"
Media
14 Mart , 2015 17:57
Azərbaycan saytlarında dil normalarının pozulmasının qarşısının alınması üçün təkliflər verilib

Bakı. 14 mart. REPORT.AZ/ "Saytların dilində orfoqrafik normanın pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər görülməlidir. Azərbaycan dilinin orfoqrafiya lüğətindən istifadə olunmalı, səhifəyə qoymazdan əvvəl materiallar ciddi şəkildə redaktə və korrektə olunmalı, sayt əməkdaşları üçün vaxtaşırı seminar və dəyirmi masalar keçirilməlidir". Bunu "Report"a AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, saytlarla bağlı monitorinq qrupunun rəhbəri Nəzakət Qaziyeva deyib.

O, həmçinin bildirib ki, monitorinqlərin məqsədi saytlarda ədəbi dil normalarının pozulması hallarının müəyyən olunması və onların aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün təkliflər irəli sürməkdir: "Bizim işimiz ədəbi dil normalarının pozulması hallarını müəyyən edərək qeydə almaq, qeydə alınmış nöqsanları təhlil etmək, kəmiyyət və keyfiyyət baxımdan qiymətləndirmək, nöqsanların aradan qaldırılması istiqamətində lazımi məsləhət və yardım göstərməkdir. Ana dilinin qorunması ancaq bir qurumun deyil, hamının vəzifəsidir".

Son xəbərlər

Orphus sistemi