"Avtosfer" saytının 4 yaşı tamam olur

"Avtosfer" saytının 4 yaşı tamam olur Bakı. 1 may. REPORT.AZ/ Bu gün Avtosfer.az portalının 4 yaşı tamam olur.
Media
1 May , 2018 18:38
Avtosfer saytının 4 yaşı tamam olur

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Avtosfer.az portalının 4 yaşı tamam olur.

“Report”un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Peşəkar sürücü; hüquq və vəzifələr” adlı layihə çərçivəsində 2014-cü ildə yaradılan portal qısa zaman ərzində özünə geniş oxucu kütləsi toplaya bilib.

Oxucular avtomobillər haqqında yeniliklər, yol hərəkəti qaydaları haqqında maarifləndimə məlumatlarını, o cümlədən maraqlı videoları portaldan izləyə bilirlər. Portal həmçinin oxucuların “Suallara cavab” bölməsi ilə ünvanlanan suallarına peşəkar ekspertlərin cavablarını təqdim edir.

Son xəbərlər

Orphus sistemi