ATƏT PA sədri: “Jurnalistlər arasında normal dialoqun yaranması xalqlarımız arasında dostluq əlaqələrin inkişafına təkan verəcək”

ATƏT PA sədri: “Jurnalistlər arasında normal dialoqun yaranması xalqlarımız arasında dostluq əlaqələrin inkişafına təkan verəcək” Tbilisi. 19 iyul. REPORT.AZ/ “Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı” ATƏT regionunda müstəqil medianın, peşəkar jurnalistikanın inkişafı ilə yanaşı xalqlarımız arasında da münsibətlərin normallaşmasında mühüm rol oynayır”.
Media
19 İyul , 2018 01:31
ATƏT PA sədri: “Jurnalistlər arasında normal dialoqun yaranması xalqlarımız arasında dostluq əlaqələrin inkişafına təkan verəcək”

Tbilisi. 19 iyul. REPORT.AZ/ “Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı” ATƏT regionunda müstəqil medianın, peşəkar jurnalistikanın inkişafı ilə yanaşı xalqlarımız arasında da münsibətlərin normallaşmasında mühüm rol oynayır”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli söyləyib: “Konfransda əsasən media azadlığının əsas prinsipləri, bu sahədə qarşıda duran əsas vəzifələr, jurnalistlərin təhlükəsizliyi, jurnalist etikası, cəmiyyətə dəqiq, qərəzsiz və dolğun informasiyaların çatdırılmasında jurnalistlərin üzərinə düşən vəzifələr və s. məsələlər müzakirə olundu. Bilirsiniz ki, peşəkar jurnalistlər, azad, müstəqil media olmadan demokratiya da yoxdur. Biz çalışdıq ki, ATƏT regionunda, xüsusən də Cənubi Qafqazda azad medianın, peşəkar jurnalistikanın inkişafı, dezinformasi və kampaniyalara qarşı mübarizə ilə əlaqədar fikirləri öyrənək, mğvcud problemlərdən çıxış yolu tapaq. Düşünürəm ki, buna müəyyən mənada nail olduq”.

ATƏT PA-nın sədri bildirib ki, bu konfrans eyni zamanda, xalqlarımız arasında da münasibətlərin normalaşması baxımından da mühüm rol oynayıb.

“Konfransda iştirak edən ölkələrin jurnalistləri arasındakı normal dialoq xalqlarımız arasında da dostluq əlaqələrin inkişafına təkan verəcək” - deyə, Tsereteli vurğulayıb.

Son xəbərlər

Orphus sistemi