“ANS Şirkətlər Qrupu”nun vitse-prezidenti yeni şirkət yaradıb - YENİLƏNİB

“ANS Şirkətlər Qrupu”nun vitse-prezidenti yeni şirkət yaradıb - YENİLƏNİB İlk xəbər saat 16:10-da verilib
Media
9 Dekabr , 2019 16:25
“ANS Şirkətlər Qrupu”nun vitse-prezidenti yeni şirkət yaradıb - YENİLƏNİB

İlk xəbər saat 16:10-da verilib

“ANS Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti, tanınmış jurnalist Seyfulla Mustafayev yeni şirkət yaradıb.

“Report” xəbər verir ki, söhbət “İNS ÇM” MMC-dən gedir.

Yeni kommersiya qurumunun adı 2016-cı ilin iyul ayına qədər adı çəkilən holdinqin tərkibində fəaliyyət göstərmiş Milli Qəhrəman Çingiz Mustafayev adına “ANS ÇM” radiosunu xatırladır. Milli Televiziya və Radio Şurası bu günlərdə həmin radionun vaxtilə yayımlandığı 102FM tezliyini müsabiqəyə çıxarıb

Vergilər Nazirliyinin məlumatına görə, “İNS ÇM” noyabrın 12-də dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 174, mənzil 62, nizamnamə kapitalı 100 manatdır. 

***

"Report"a açıqlama verən S.Mustafayev bildirib ki, yeni şirkətin yaradılmasında məqsəd sözügedən müsabiqədə iştirak etmək və tezliyi əldə edərək yenidən radio fəaliyyətinə başlamaqdır. 

Son xəbərlər

Orphus sistemi