ANS-in MTRŞ-ya qarşı daha bir apellyasiya şikayəti üzrə məhkəmə keçirilib

ANS-in MTRŞ-ya qarşı daha bir apellyasiya şikayəti üzrə məhkəmə keçirilib Şikayət təmin edilməyib
Media
15 Aprel , 2016 11:36
ANS-in MTRŞ-ya qarşı daha bir apellyasiya şikayəti üzrə məhkəmə keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

"Report"un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. ANS-in apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, MTRŞ ötən ilin dekabrında ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ANS Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib.

2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsi ANS ÇM radiosunun MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ANS ÇM radiosu yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın qərarlarını qüvvədə saxlayıb. Qərardan narazı qalan ANS ÇM radiosu apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi