​Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb

​Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb Aksiyada mövcud peşə tələbinə əməl etməyən jurnalistlər olub
Media
5 Aprel , 2015 22:17
​Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasınn Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün müxalifətin “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Qurumdan “Report”a verilən məlumata görə, aksiyada bununla bağlı hər hansı problem qeydə alınmayıb.

Kütləvi informasiya vasitələrinin təmsilçilərindən qrupun üzvlərinə hər hansı müraciət edilməyib.

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin, əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Bununla belə mövcud peşə tələbinə əməl etməyən jurnalistlər də olub.

Son xəbərlər

Orphus sistemi