“Haber Global” və “Baku TV”nin əməkdaşları beynəlxalq mükafata layiq görülüb - YENİLƏNİB

“Haber Global” və “Baku TV”nin əməkdaşları beynəlxalq mükafata layiq görülüb - YENİLƏNİB Bu gün Xəzər Media Mərkəzində 27-ci "ZOOM" Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Media
9 Sentyabr , 2023 13:12
“Haber Global” və “Baku TV”nin əməkdaşları beynəlxalq mükafata layiq görülüb - YENİLƏNİB

Bu gün Xəzər Media Mərkəzində 27-ci "ZOOM" Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

"Report" xəbər verir ki, mükafata layiq görülənlər arasında “Global Media Group”a daxil olan “Haber Global” Televiziyası və “Baku TV”nin, habelə onların əməkdaşlarının da adları var.

Belə ki, Ukrayna müharibəsi zamanı Çernobıl AES-dəki təhlükə barədə məlumat verən CNN Türk operatoru Buğra Benlioğlu və “Haber Global” TV-nin müxbiri Murat Karataş "Çernobıl" başlıqlı xəbərlə xüsusi xəbər kateqoriyasında mükafata layiq görülüb. Həmçinin Türkiyə və Azərbaycan dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə “Haber Global” televiziyası Türkiyə Xəbər Operatorları Assosiasiyasının xüsusi mükafatı ilə təltif edilib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Savaşın izləri” adlı material hazırlamış “Haber Global” müxbiri Mehmet Altunışık da mükafata layiq görülüb.

Bundan başqa, ailəsini Hataydakı zəlzələ nəticəsində itirməsinə rəğmən “Ailəm Hatay” başlıqlı reportaj hazırlamış “Haber Global” televiziyasının müxbiri Hasan Uylaş və onun operator yoldaşı münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

“Türkiyə səfiri Kəlbəcərdə namaz qıldı” başlıqlı xəbərə görə “Baku TV”nin əməkdaşı Elgün Hümbətov da xüsusi mükafat alanlar sırasında olub.

12:35

Bu gün Xəzər Media Mərkəzində 27-ci "ZOOM" Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

"Report" xəbər verir ki, konfransda Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytəkin Polatel, Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədr müavini Ahmet Akpolat, Türkiyə Xəbər Operatorları Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qəmbərov, İdarə Heyətinin üzvləri İbrahim Büyükkerman, Mehmet Rıza Marufoğlu, Mustafa Soybaş, Mustafa Kara iştirak ediblər.

Müsabiqəyə ümumilikdə 160-a yaxın videomaterial təqdim olunub.

Toplantıda çıxış edən Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytəkin Polatel deyib ki, "ZOOM" Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin əsas mövzularından biri də Qarabağdır: "İkinci Qarabağ müharibəsi Anadoluda da əks-səda yaratdı. Müharibədə ordu kimi, media da mühüm rolu oynadı. Bunu hər birimiz gördük".

Son xəbərlər

Orphus sistemi