Zabil Müqabiloğlu torpağa tapşırılıb
Media
- 27 fevral, 2017
- 08:58
Bakı. 27 fevral. REPORT.AZ/ Tanınmış jurnalist Zabil Müqabiloğlu torpağa tapşırılıb.
“Report”un xəbərinə görə, o, Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan qəbiristanlıqda valideynlərinin yanında dəfn olunub.
Xatırladaq ki, jurnalist ötən gecə müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib.
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi.
Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Son xəbərlər
12:34
UEFA Avropa Liqası: "Qarabağ"ın ÇSKA ilə oyunlarını idarə edəcək hakimlər açıqlanıb
Futbol12:33
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Mədəniyyət siyasəti12:32
İran İordaniya ordusunu öz ərazisindəki ABŞ qoşunlarına hücum etməyə çağırıb
Digər ölkələr12:27
Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 119 şübhəli saxlanılıb
Region12:22
Vüqar Oruc: "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır"
Biznes12:21
Bazar günü Bakıda 33 dərəcə isti olacaq
Ekologiya12:20
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə12:18
Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib
Digər ölkələr12:15