Azərbaycanda səfərdə olan Ukraynanın bir qrup media nümayəndəsi ermənilərin Gəncədə terror hadisələri törətdiyi ərazilərə baş çəkib.
"Report" xəbər verir ki, səfərdə Ukraynanın “1+1” və “5-ci kanal” telekanallarının, UNIAN informasiya agentliyinin, “Ukraina seyças” və “Tretya sila” internet nəşrlərinin əməkdaşları iştirak edir.
Səfər iştirakçıları Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi əraziləri ziyarət ediblər.
Qonaqlar erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb.
Media nümayəndələrinə ermənilərin şəhər ərazisində törətdikləri terror aktları barədə məlumatlar verilib.
Ukraynalı jurnalistlər ərazidən reportajlar hazırlayıb.