Türkmənistan KİV-də Azərbaycanın AZCHEMCO şirkəti haqqında məqalə dərc edilib

Türkmənistan KİV-də Azərbaycanın AZCHEMCO şirkəti haqqında məqalə dərc edilib AZCHEMCO şirkəti Türkmənistanda texnologiyasından istifadə edərək maye gübrə və aqrokimyəvi preparatların istehsalına başlamağa hazırdır.
Media
14 İyun , 2024 15:28
Türkmənistan KİV-də Azərbaycanın AZCHEMCO şirkəti haqqında məqalə dərc edilib

AZCHEMCO şirkəti Türkmənistanda öz texnologiyasından istifadə edərək maye gübrə və aqrokimyəvi preparatların istehsalına başlamağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə “Turkmenporta”nın Azərbaycanın AZCHEMCO şirkətinin Türkmənistandakı plan və layihələrinə həsr olunmuş məqaləsində qeyd edilib.

“AZCHEMCO-da lazımi texnologiyaların olduğunu nəzərə alaraq, bizim türkmənistanlı tərəfdaşlarımızla birlikdə bu ölkədə maye gübrə istehsalını həyata keçirə biləcəyimi söyləyə bilərik. Qardaş ölkədə yeni istehsal sahələrinə sərmayə yatırmaqla şirkət maye azot və karbamid, həmçinin kükürd əsasında gübrələr istehsal etməyi planlaşdırır”, - AZCHEMCO-nun vitse-prezidenti Rifat Sultanzadə Aşqabadda keçirilən “TESC 2024” forumunda deyib.

O bildirib ki, şirkət Türkmənistanda böyük təbii qaz ehtiyatının olmasını və onun hasilatının böyük həcmlərini nəzərə alaraq, şirkət təbii qazdan alınan kükürdün emalı və istehsalı üçün xammala çevrilməsi üzrə texnologiyasını təklif etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi