Türkiyənin Azərbaycandakı səfiri junalistlərlə vida görüşü keçirib - FOTO

Türkiyənin Azərbaycandakı səfiri junalistlərlə vida görüşü keçirib - FOTO İsmayıl Alpər Coşqun: “Uşaqlarım deyirlər ki, Azərbaycana-evimizə nə zaman dönəcəyik?”
Media
22 Sentyabr , 2016 12:16
Türkiyənin Azərbaycandakı səfiri junalistlərlə vida görüşü keçirib - FOTO

Bakı. 22 sentyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar junalistlərlə vida görüşü keçirib.

“Report”un xəbərinə görə, Mətbuat Şurasında keçirilən görüşdə ölkədə fəaliyyət göstərən KİV rəhbərləri iştirak edib.

İ.A.Coşqun jurnlistlərə təşəkkürünü bildirib. O qeyd edib ki, hər kəs işində dürüst olmalıdır: “Səmimiyyəti kitablardan hiss etmək olmur, səmimyyət daha çox təmasda olarkən hiss olunur”.

Səfir Azərbaycanı özünə doğma ölkə kimi qəbul etdiyini vurğulayıb: “Azərbaycandan ayrılmaq asan deyil. Uşaqlarım Türkiyədə məktəbə gedirlər. Deyirlər ki, Azərbaycana-evimizə nə zaman dönəcəyik? Yəni, Azərbaycana bu qədər bağlıyıq. Bu ölkəyə çox güvənirəm, səmiyyətinə inanıram. Bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Azərbaycan gəncləri məni heyran edir, ölkədə savadlı kadrlar yetişir. Avropa Oyunları zamanı könüllülərdən ibarət qrupları görəndə həsəd apardım. Biz bununla qürur duyuruq”.

Sonra çıxışında Mətbuat Şurasının sədri Əflatun Amaşov səfirə təşəkkürünü bildirib, ona fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə iştirak edən KİV rəhbərləri də çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi