Türkiyəli jurnalist: "Ermənilərin Qarabağda törətdiyi vəhşiliyə ad vermək mümkün deyil"

Türkiyəli jurnalist: "Ermənilərin Qarabağda törətdiyi vəhşiliyə ad vermək mümkün deyil" “Birinci Qarabağ müharibəsi dövründə Ermənistan Şuşanı ələ keçirdikdən sonra əsirlərə işgəncə verərək basdırıblar. Biz orada aşkarlanan kütləvi məzarlığın şahidi olduq. Bu vəhşiliyə isə heç bir ad vermək mümkün deyil”.
Media
16 Avqust , 2023 11:46
Türkiyəli jurnalist: Ermənilərin Qarabağda törətdiyi vəhşiliyə ad vermək mümkün deyil
Cihat Aslan

“Birinci Qarabağ müharibəsi dövründə Ermənistan Şuşanı ələ keçirdikdən sonra əsirlərə işgəncə verərək basdırıblar. Biz orada aşkarlanan kütləvi məzarlığın şahidi olduq. Bu vəhşiliyə isə heç bir ad vermək mümkün deyil”.

Bu fikirləri “Report”un Laçına ezam olunmuş əməkdaşına açıqlamasında işğaldan azad edilən ərazilərdə səfərdə olan türkiyəli jurnalist, “TV100” kanalının əməkdaşı Cihat Aslan deyib.

O, gördüklərindən dəhşətə gəldiyini, Ermənistanın işğal dövründə daşı daş üstündə qoymadığını bildirib:

“Artıq 3 gündür Ermənistan işğalından azad edilmiş Azərbaycan torpaqlarındayıq. İlk gün Azərbaycan üçün önəmli olan və yeni qurulan Ağdam-Xankəndi yoluna getdik. İkinci gün isə Şuşada olduq. Şuşa yenidən qurulur. Ermənistanın bu yerləri hansı vəziyyətə gətirdiyinin, burada daşı daş üstündə qoymadığının şahidi olduq. Həmçinin, Şuşa həbsxanasına da baş çəkdik. Oradakı dəhşətli mənzərə isə göz önündədir. Şuşada ermənilər əsirlərə işgəncə verərək kütləvi şəkildə basdırıblar”.

“Hazırda Laçın yolundayıq. Bu yol Azərbaycan üçün çox önəmlidir. Azərbaycan Ağdam-Xankəndi yolundan istifadə olunmasını istəyir”, - türkiyəli jurnalist vurğulayıb.

Son xəbərlər

Orphus sistemi