Tanınmış art jurnalist Report Media Məktəbinin tələbələri ilə görüşüb

Tanınmış art jurnalist Report Media Məktəbinin tələbələri ilə görüşüb Tanınmış art bloqçu, mədəniyyət jurnalisti Firəngiz Ağalarova Report Media Məktəbinin tələbələri ilə görüşdə art jurnalistikanı bilərəkdən seçdiyini bildirib.
Media
28 İyul , 2022 16:38
Tanınmış art jurnalist Report Media Məktəbinin tələbələri ilə görüşüb

Tanınmış art bloqçu, mədəniyyət jurnalisti Firəngiz Ağalarova Report Media Məktəbinin tələbələri ilə görüşdə art jurnalistikanı bilərəkdən seçdiyini bildirib.

“18 yaşında ikən Rusiyadan Azərbaycana gələrkən ölkə barədə məlumatlı olmadığımı anladım. Dili də, yazıb-oxumağı da bacarmırdım. Dili öyrənməklə yanaşı ölkəni də tanımağa çalışırdım. Dili zəif bildiyimdən jurnalist kimi işləmək alınmırdı. Mədəniyyət sahəsini, art jurnalistikanı rahat bilib bu istiqaməti seçdim”.

F.Ağalarova seçdiyi sahənin elə də asan olmadığını sonralar anlayıb:

“Düşünürdüm, mədəniyyət sahəsində çalışmaq rahat olacaq, amma iqtisadiyyatı seçsəydim belə, bu qədər çətinliklə üzləşməzdim. Bir neçə ekspert tapıb danışdırardım, işim də asan olardı. Art jurnalistikada isə xeyli istiqamət var. İncəsənətin bütün növlərini bilməlisən. Həm kinoşünas, həm musiqişünas, həm də ədəbi tənqidçi olmalısan. Art jurnalist bunlardan baş çıxarmalıdır”.

Firəngiz Ağalarova 1994-cü ildə anadan olub. Samara Dövlət Sosial-Pedaqoji Universitetinin Filologiya fakültəsini 2016-cı ildə, həmçinin Bakıda “Step IT Academy” bitirib. “525-ci qəzet”, “Kaspi”, “Exo”, “Zerkalo” qəzetlərində çalışıb. Day.az saytının redaktorudur. İncəsənətə həsr olunmuş “Odinokimdoma.art” podkastının, jurnalistika üzrə ixtisaslaşan True-journalism.com saytının yaradıcısıdır. Sosial şəbəkələrdə Sofiya Frank təxəllüsü ilə tanınır.

Son xəbərlər

Orphus sistemi