Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb

Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb Şuşada II Qlobal Media Forumunun ikinci iş gününə start verilib.
Media
21 İyul , 2024 09:00
Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb

Şuşada II Qlobal Media Forumunun ikinci iş gününə start verilib.

“Report”un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata əsasən, iştirakçıları Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi salamlayacaq.

Daha sonra forum işini panellərdə davam etdirəcək.

“TRT World”un aparıcısı və Baş Prodüseri, Gida Fəxrinin (Ghida Fakhry) moderatorluğu ilə keçiriləcək birinci paneldə iştirakçılar “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” mövzusunda müzakirələr aparacaqlar.

Günün ikinci panelinin mövzusu “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” olacaq. Bu müzakirələrə “Əl-Cəzirə” Araşdırmalar Mərkəzinin nümayəndəsi Ezzedin Abdelmula (Ezzeddine Abdelmoula) moderatorluq edəcək.

Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.

Son xəbərlər

Orphus sistemi