“2022-ci ildə mediada getmiş məlumatlarla bağlı beş cinayət işi başlamışıq, bəziləri məhkəməyə göndərilib”.
“Report” xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.
Onun sözlərinə görə, 2021-ci ildə isə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı üç cinayət işi başlanıb:
“Gördüyünüz kimi artım tendensiyası müşahidə olunur. Burada yalnız cinayət işlərindən söhbət gedir. Mediada gedən çoxlu materiallar var ki, onlarla bağlı biz digər təsir tədbir aktları tərtib etmişik. Yəni xəbərdarlıq etmişik, inzibati icraata başlamışıq.
Burada söhbət mətbuat işçilərindən getmir. Yəni onların məlumatı əsasında digər vəzifəli şəxslər barədə müəyyən tədbirlər həyata keçirilib. Hesab edirəm ki, biz bu sahəni inkişaf etdirməliyik və media ilə işguzar əlaqələr qurmalıyıq”.