Bakı. 6 mart. REPORT.AZ/ "Azərbaycan teleməkanında yayımlanan serialların mövcud vəziyyəti bizi çox narahat edir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında
Onun sözlərinə görə, seriallardakı ssenari mövzusu, oradakı qeyri-peşəkar aktyorların iştirakı, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, həmçinin bayağı, vulqar, qeyri - etik ifadələrin işlədilməsi, bəzən hətta bir qrup gənc insanın öz aralarında danışıqlarının, lətifələrin belə ədəbsiz formada efirə gətirilməsi narahatedici məqamlardır.
MTRŞ sədri qeyd edib ki, ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur: "Narazılıq, adətən, komediya və kriminal janrda çəkilən seriallarla bağlıdır. Bu seriallarda Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir. Qayınata - kürəkən, qayınana - kürəkən, ata - oğul, ata - qız, bacı - qardaş münasibətləri, hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsindən efirdə geniş istifadə olunur. Bu da bizi narahat edən məqamlardandır".
"Mövcud narahatlığın aradan qaldırılması üçün bu gün Şurada Azərbaycan teleməkanında yayımlanan seriallarla bağlı televiziya yayımçıları və prodakşn rəhbərləri ilə görüş keçirdik. Məqsəd Azərbaycanda seriallarla bağlı mövcud vəziyyəti müzakirə edib problemləri aradan qaldırmaq yollarını tapmaqdır. Görüşdə seriallar barədə aparılan monitorinqlərin nəticələri və onların təhlilinin müzakirəsi də oldu", - N.Məhərrəmli əlavə edib.