Sərhədsiz Reportyorlar Birliyi: ABŞ-da mətbuat azadlığı düşündüyümüzdən də dəhşətlidir

Sərhədsiz Reportyorlar Birliyi: ABŞ-da mətbuat azadlığı düşündüyümüzdən də dəhşətlidir Son 2 ildə bu ölkədə 20 jurnalist həbs edilib
Media
132
11 Fevral , 2017 09:50
Sərhədsiz Reportyorlar Birliyi: ABŞ-da mətbuat azadlığı düşündüyümüzdən də dəhşətlidir

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-da 2014-cü ilin avqustundan indiyədək 20 jurnalist həbs edilib.

“Report” xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) məlumat yayıb.

Qurum hazırda ABŞ-da mətbuat azadlığının təhlükə altında olduğunu iddia edir:

“ABŞ-da mətbuat azadlığı bizim düşündüyümüzdən daha da dəhşətlidir. Bir həftə öncə - fevralın 1-də Dakota Birləşdirici Boru Kəmirinə (Dakota Access Pipeline) qarşı keçirilən etirazları işıqlandıran jurnalist Cenni Monet (Jenni Monet) həbs edildi. O, zaminə buraxılsa da, müəyyən təzyiqlərlə üz-üzədir”.

RSF-nin açıqlamasında xatırladılıb ki, tanınmış amerikalı filmmeyker Deya Şlosberq (Deia Schlosberg) 45 il müddətinə həbs edilmək təhlükəsi ilə üzləşib: “Ami Qudmən isə (Amy Goodman) 2016-cı ilin sentyabrında Şimali Dakotadakı Morton əyalətindəki etirazları işıqlandırarkən həbs edilib”.

Son xəbərlər

Orphus sistemi