Azərbaycan Televiziyasında yeni veriliş yayımlanacaq.
AzTV-dən "Report"a verilən məlumata görə, hərbi diktor Şəmistan Əlizamanlının aparıcısı olduğu veriliş “Cəbhədən xəbər” adlanır.
Proqramda cəbhədəki vəziyyət və döyüşlərin gedişatı ilə bağlı ən son xəbərlər olacaq.
“Cəbhədən xəbər” bu gündən başlayaraq hər gün 23:30-da AzTV-də efirə veriləcək.