Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" kitabı təqdim olunub

Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" kitabı təqdim olunub Avtobioqrafik
Media
13 Yanvar , 2022 12:27
Səmayə Məmmədovanın Peşəkarlığın rəsmi kitabı təqdim olunub

Jurnalist, PR menecer Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" adlı kitabı təqdim olunub.

Müəllif “Report”a açıqlamasında bildirib ki, nəşr media və PR sahəsində 22 illik təcrübəsi əsasında yazılıb.

O qeyd edib ki, "Peşəkarlığın rəsmi" həm avtobioqrafik, həm də nəzəri kitab sayıla bilər: “Kitabın özəlliyi ondan ibarətdir ki, nəzəriyyə verilibsə də, onun açıqlaması, əsaslandırılması təcrübə üzərində qurulub. Yaşadıqlarımı, keçdiklərimi, gördüklərimi və öyrəndiklərimi qələmə almışam, nəzəriyyələri də bunun əsasında təqdim etmişəm. Bu kitabda qüsurlarımı da göstərməkdən çəkinməmişəm. Çalışmışam ki, kitab mediadan, PR-dan uzaq olan insanlar üçün də maraqlı olsun. Eyni zamanda nəşrin mediaya, PR-a gələn gənclər üçün də maraqlı və faydalı olacağına əminəm”.

Qeyd edək ki, yanvarın 12-də "Peşəkarlığın rəsmi" kitabının təqdimatı keçirilib. Mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, S.Məmmədova müxtəlif televiziyalarda çalışıb. Son illərdə isə Gənclər və İdman Nazirliyinin mətbuat katibi, Bakı Nəqliyyat Agentliyində PR menecer kimi işləyib.

Son xəbərlər

Orphus sistemi