Rumıniya jurnalında "Metsamor" AES-in regiondakı təhlükəsi ilə bağlı məqalə dərc olunub

Rumıniya jurnalında "Metsamor" AES-in regiondakı təhlükəsi ilə bağlı məqalə dərc olunub Nəşrdə Cənubi Qafqaz ölkələrində mövcud olan dondurulmuş münaqişələr barədə də ətraflı məlumat verilib
Media
15 İyul , 2017 11:10
Rumıniya jurnalında Metsamor AES-in regiondakı təhlükəsi ilə bağlı məqalə dərc olunub

Buxarest. 15 iyul. REPORT.AZ/ Rumıniyada nəşr edilən "GeoPolitica" jurnalının növbəti sayında Nüvə layihələri üçün "Texnologiya və Mühəndislik Mərkəzi"nin baş elmi işçisi olmuş Olivia Comşanın "MDB ölkələri və Cənubi Qafqaz regionunda nüvə və kiber təhlükəsizlik çağırışları" adlı məqaləsi çap olunub. 

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, məqalədə müəllif Ermənistanda yerləşən və istismar müddəti başa çatan, olduqca təhlükəli "Metsamor" AES-in fəaliyyətinə də toxunub. "Ermənistan VVER 440 Metsamor reaktorunun istismarını hələ ki, davam etdirir. Baxmayaraq ki, onun istifadə müddəti 2016-cı ildə başa çatıb”- deyə müəllif qeyd edib.

Ekspert onu da vurğulayır ki, Avropa Birliyi və ABŞ tərəfindən beynəlxalq təzyiqlərə və təkliflərə baxmayaraq Ermənistan "Metsamor" AES-in istismarını davam etdirir: "Ermənistanın enerji ehtiyaclarında bu stansiyanın payı 40%-dir. Narahatçılıq isə təhülkəsizlik məsələlərilə bağlıdır, stansiyanın xüsusi fəallığı ilə seçilən seysmik zonada yerləşməsi faktı istənilən an nüvə qəzasının baş vermə təhlükəsini artıra bilər”.

Qeyd edək ki, "Geopolitica" jurnalının Cənubi Qafqaz ölkələrinə həsr olunan "Qafqaz: Barışıq və Yenidənqurma" adlı bu dəfəki sayında bir sıra xarici alim və professor, ekspert və mütəxəssislərin sözügedən region ölkələri arasında münasibətlər, bu dövlətlər ilə Rumıniya, Rusiya və Türkiyənin müxtəlif sahələrdə əməkdaşlığına dair məqalələrə yer ayrılıb. Bununla yanaşı nəşrdə Cənubi Qafqaz ölkələrində mövcud olan dondurulmuş münaqişələr barədə də ətraflı məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi