“Report”un xüsusi müxbiri Azərbaycanın İrandakı səfirliyinə hücumunu Ukrayna mətbuatına şərh edib

“Report”un xüsusi müxbiri Azərbaycanın İrandakı səfirliyinə hücumunu Ukrayna mətbuatına şərh edib “Report” İnformasiya Agentliyinin və "Baku TV"nin Ukraynadakı xüsusi müxbiri Mübariz Aslanov Azərbaycanın İrandakı səfirliyinə hücumu Ukraynanın UNIAN agentliyinə şərh edib.
Media
27 Yanvar , 2023 16:17
“Report”un xüsusi müxbiri Azərbaycanın İrandakı səfirliyinə hücumunu Ukrayna mətbuatına şərh edib

“Report” İnformasiya Agentliyinin və "Baku TV"nin Ukraynadakı xüsusi müxbiri Mübariz Aslanov Azərbaycanın İrandakı səfirliyinə hücumu Ukraynanın UNIAN agentliyinə şərh edib.

Bu barədə "Report" UNIAN-a istinadən xəbər verir.

Xüsusi müxbir bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumdan sonra Azərbaycan XİN səfirliyin təhlükəsizliyinin ciddi nəzarət altında olduğunu təsdiqləyib. O, bu hadisənin rəsmi Bakını çox hiddətləndirdiyini nəzərə çatdırıb.

"Bu hadisənin İranın son zamanlar Azərbaycana qarşı nümayiş etdirdiyi dostcasına olmayan münasibəti fonunda baş verdiyini nəzərə alsaq, təbii ki, bu mənim ölkəmin ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb. Bu, təkcə Azərbaycanı deyil, dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirib. İstənilən halda İran bu qəddar hərəkətə görə cavab verməlidir", - o deyib.

Jurnalist Azərbaycanın 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazilərini işğaldan azad etdikdən sonra dini nümayəndələrdən tutmuş yüksək vəzifəli şəxslərə qədər İran rəsmiləri tərəfindən rəsmi Bakının ünvanına davamlı təhdidlər səsləndirildiyini nəzərə çatdırıb.

Son xəbərlər

Orphus sistemi