Report Media Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib

Report Media Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib Report Media Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib
Media
19 May , 2021 16:00
Report Media Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib

Report Media Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib.

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 6-cı qrupunun təlim proqramı yekunlaşıb.

Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, jurnalistika peşəsinin sirlərini öyrənən, monitorinq və sorğulara qoşulan 7 jurnalistə sertifikat təqdim edilib.

Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu tədris proqramının uğurla yekunlaşdığını qeyd edib : “Nəzərdə tutulan işlərin bir çoxunu reallaşdıra bildik. Xəbər hazırlamaq, reportaja getmək, tədbirlərə qoşulmaqdan əlavə bir çox imitasiya xarakterli oyunları da təşkil etmişik. Report Media Məktəbinin hazırkı məzunları bir neçə dəfə AzTV-də yayımlanan “Gəncsən” verilişinin qonağı olublar. Rəqəmsal marketinq üzrə mütəxəssis Günay Cəfərli, Report-un baş redaktor müavini Pərvin Abbasov, tanınmış aparıcı, AzTV-nin Teleradio Akademiyasının təlimçisi və “Mədəniyyət xəbərləri”nin baş redaktoru Dilarə Səlimlə maraqlı görüşlər təşkil edilib”.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi