Report Media Məktəbini bitirən jurnalistlərə sertifikat təqdim edilib

Report Media Məktəbini bitirən jurnalistlərə sertifikat təqdim edilib Report İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin növbəti qrupunun təlim proqramı başa çatıb.
Media
31 Yanvar , 2020 16:15
Report Media Məktəbini bitirən jurnalistlərə sertifikat təqdim edilib

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin növbəti qrupunun təlim proqramı başa çatıb.

Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayan, jurnalistika peşəsinin sirlərini öyrənən, aparıcı media mütəxəssisləri ilə görüşən 7 jurnalistə sertifikat təqdim edilib.

Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu proqramın iştirakçıları ilə görüşdə bildirib ki, media məktəbi qarşısına qoyduğu məqsədə tam çata bilib: “Tədris dövründə rəqəmsal cəmiyyət və media üzrə beynəlxalq mütəxəssis Emin Hüseynzadə, psixoloq Xanım Kamran, fotoqraf Elçin Murad, yazıçı Fəxri Uğurlu, Rusiyanın tanınmış aparıcısı və prodüseri Sergey Malozemov, Rusiyadan gələn iki infoqrafika mütəxəssisi Mariya PotaşovaNataliya Terexova ilə maraqlı görüşlərimiz olub. Media məktəbin məzunları müsahibə almaq, xəbər hazırlamaq, “feyk” xəbəri tanımaq, reportaj və araşdırma materialı hazırlamaq kimi işlərin öhdəsindən gələ biliblər”.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Bu müddətdə bir neçə buraxılış olub, Report Media Məktəbini uğurla bitirən məzunlara sertifikat təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi