“Report” İnformasiya Agentliyində gənclər üçün infotur təşkil olunub

“Report” İnformasiya Agentliyində gənclər üçün infotur təşkil olunub Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “QHT əməkdaşlarının media və PR bacarıqlarının artılırması” layihəsi çərçivəsində “Report” İnformasiya Agentliyində ictimai sf
Media
12 May , 2022 17:07
“Report” İnformasiya Agentliyində gənclər üçün infotur təşkil olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “QHT əməkdaşlarının media və PR bacarıqlarının artılırması” layihəsi çərçivəsində “Report” İnformasiya Agentliyində ictimai sferada fəaliyyət göstərən gənc fəallar üçün infotur təşkil olunub.

“Report” xəbər verir ki, “Report”un baş redaktoru Murad Əliyev gənclərlə görüş zamanı QHT sahəsi ilə medianın qarşılıqlı əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb:

“QHT sahəsinin ölkənin həyatında rolu, gənclərin gördüyü iş barədə məlumatın ictimaiyyətə çatdırılması çox ciddi məsələdir. Media qurumları ilə işgüzar əlaqə yaratmaq, ictimai əhəmiyyəti, xəbər yükü olan informasiyanı operativ formada mətbuata ötürmək xüsusi bacarıq tələb edir. İctimai sektorda çalışan hər bir gənc özünə “Bu xəbər cəmiyyətə nəyə görə maraqlı olmalıdır” sualını özünə verməlidir”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu QHT-lərlə media əməkdaşlığının ikitərəfli maraqların qorunmasına bağlı olduğunu qeyd edib:

“Mətbuatın əsas marağı geniş auditoriyanı əhatə edə biləcək məlumatı paylaşmaqdır. Bu baxımdan ictimai sektordan yönələn əhəmiyyətli xəbərlər olduqca qiymətlidir. QHT-lər medianın sorğularını cavablandırmağa meyilli olması jurnalistlərin də bu sahəyə marağının artmasına zəmin yaradır”.

Layihənin koordinatoru, “İrəli” İctimai Birliyinin nümayəndəsi Arif Rəhimli bildirib ki, mətbuatın gənclərə diqqət ayırması prosesin uğurlu olmasına təkan verə bilər:

“Həyata keçirilən layihənin əsas məqsədi QHT-lərdə media və PR istiqaməti üzrə fəaliyyət göstərən əməkdaşların bilik və bacarığını artırmaq, onların mətbuat və sosial şəbəkəyə çıxış imkanlarını gücləndirmək, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə nail olmaqdır”.

Görüşün sonunda gənclər “Report” İnformasiya Agentliyinin fəaliyyəti ilə tanış olub, informasiyanın hazırlanması prosesini yaxından izləyiblər.

Son xəbərlər

Orphus sistemi