“Report” İnformasiya Agentliyinin saytı oxucuların istifadəsinə verilib

“Report” İnformasiya Agentliyinin saytı oxucuların istifadəsinə verilib www.report.az saytı oxucuların rahat şəkildə xəbər əldə etməsi üçün bir sıra yeniliklər tətbiq edir
Media
27 Oktyabr , 2014 11:42
“Report” İnformasiya Agentliyinin saytı oxucuların istifadəsinə verilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanda yeni informasiya agentliyi fəaliyyətə başlayıb. “Report” müstəqil informasiya agentliyinin (İA) əsas veb-resursu olan www.report.az saytı bu gündən etibarən oxucuların istifadəsinə verilib.

“Report” İA siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri oxuculara operativ şəkildə çatdırmağı qarşısına məqsəd qoyub. Agentlikdə qeyd olunan sahələrin peşəkar və əhatəli işıqlandırılması üçün öz sahəsi üzrə ixtisaslaşmış jurnalistlər çalışır.

Saytın “Analitika” bölməsində isə müvafiq sahələrin mütəxəssisləri olan jurnalist və ekspertlərin analitik yazıları dərc olunacaq.

www.report.az saytı oxucuların rahat şəkildə xəbər əldə etməsi üçün bir sıra yeniliklər tətbiq edir.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda istənilən xəbərin asanlıqla hər 3 dildə olan variantını oxumaq imkanı yaradılıb - bunun üçün istənilən xəbərdə tələb olunan dili seçmək kifayətdir.

“Report” informasiya agentliyi ictimai-siyasi xadimlərin məlumat bazasını yaradıb. Oxucular saytda ayrıca bölmədə, həmçinin xəbərlərdə həmin şəxsin adının istinad etdiyi linki açaraq həyat və fəaliyyətini əks etdirən xronologiya ilə tanış ola bilərlər.

Müasir kompüter monitorlarının yeni imkanlarını nəzərə alaraq sayt ümumi qəbul edilmiş standartlardan daha geniş formatda açılır.

www.report.az oxucuları həmçinin saytın interfeys rəngini öz zövqünə uyğun seçə bilərlər.

Saytın “Axtarış” bölməsində verilən sorğu hər 3 dildə olan xəbəri tapır ki, bu da sayt üzrə axtarışın daha da asanlaşdırılmasına şərait yaradır.

Digər tərəfdən, www.report.az saytında hər bir müəllifin öz hesabı mövcuddur, bu isə həmin şəxsin yazdığı məlumatların asanlıqla tapılmasına, onun xəbərlərinin populyarlığının hansı səviyyədə olmasının müəyyənləşdirilməsinə imkan verir.

Eyni zamanda, istənilən şəxs saytda qeydiyyadan keçməklə xəbərləri izləmək, ən yeni xəbərlərə abunə olmaq kimi üstünlüklər əldə edəcək.

“Report” informasiya agentliyi gündəlik bülletenlər vasitəsi ilə də məlumat ötürülməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər saytda gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

Qeyd etmək lazımdır ki, “Report” informasiya agentliyinin istənilən məlumatından istifadəyə yalnız istinad etməklə icazə verilir.

Həmçinin, agentliyin rəsmi Facebook səhifəsinin izləyiciləri ən maraqlı xəbərləri sosial şəbəkədə operativ şəkildə əldə edə və öz fikirlərini paylaşa bilərlər.

Son xəbərlər

Orphus sistemi