“Real” TV fəaliyyətə başlayıb

“Real” TV fəaliyyətə başlayıb MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir
Media
15 Mart , 2018 08:58
“Real” TV fəaliyyətə başlayıb

Bakı. 15 mart. REPORT.AZ/ “Real” TV fəaliyyətə başlayıb. 

“Report”un məlumatına görə, “Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500-dir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

Son xəbərlər

Orphus sistemi