Qazaxıstan XİN “Report”un əməkdaşını diplomla mükafatlandırıb

Media
  • 29 avqust, 2023
  • 13:13
Qazaxıstan XİN “Report”un əməkdaşını diplomla mükafatlandırıb

Qazaxıstan Xarici İşlər Nazirliyində (XİN) hər il keçirilən “Qazaxıstan xarici KİV-lərin gözü ilə” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Report”un Astanaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrindən 7 jurnalist bir sıra nominasiyalar üzrə qalib olub.

Müsabiqəyə “AQEM: Yeni Asiya yeni dünyada - Azərbaycandan baxış” məqaləsini təqdim edən “Report”un əməkdaşı Nərgiz Məmmədova da qalib olub.

Mükafatlandırma mərasimində diplomatik korpusun nümayəndələri iştirak edib. Diplomları qaliblərə Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko təqdim edib.

O qeyd edib ki, ildən ilə xarici jurnalistlərin Qazaxıstana marağı artır. Bu müsabiqə onlara bu ölkənin siyasəti, iqtisadiyyatı və mədəniyyətini daha yaxından tanımaq imkanı yaradır.

Görüşün sonunda xatirə şəkli çəkilib.