Media eksperti: “Qarabağ azad oldu” xəbəri istənilən xəbəri üstələyər”

Media eksperti: “Qarabağ azad oldu” xəbəri istənilən xəbəri üstələyər” Filologiya üzrə fəlsəfə doktoru, media eksperti Almaz Mahmud Report Media Məktəbinin qonağı olub.
Media
6 Mart , 2020 17:25
Media eksperti: “Qarabağ azad oldu” xəbəri istənilən xəbəri üstələyər”
0 : 00
0 : 00

Filologiya üzrə fəlsəfə doktoru, media eksperti Almaz Mahmud Report Media Məktəbinin qonağı olub.

Media Məktəbinin tələbələri ilə görüşdə A.Mahmud jurnalist peşəsinin incəliklərindən danışıb: “Kimin yaxşı və ya pis jurnalist olacağını əvvəlcədən təyin eləmək çətindir. Burada əyləşən insanların hamısı bir süjet çəkməyə getsə, elə düşünməyin ki, daha təcrübəli olanı daha yaxşı məhsul hazırlayacaq. Ən yaxşı süjeti siz hazırlaya bilərsiniz. Kimin müşahidə qabiliyyəti yüksəkdirsə, o, əsas mövzunu görəcək. Xəbər yükünü kim daha yaxşı duya bilsə, həmin jurnalist auditoriya qazanacaq”.

Media eksperti xəbər paylaşımında nəyin vacib olduğunun təyin edilməsinin əhəmiyyətini vurğulayıb: “Əvvəl belə bir fikir var idi ki, dünyanın hər yerində xəbər eyni standartdadır. Birmənalı şəkildə doğru fikir deyil. Bir cəmiyyət üçün vacib olan xəbər digəri üçün vacib deyil. Əgər Azərbaycanda 5 kişi yığışıb inək kəsirsə, bu elə də maraqlı xəbər deyil, amma 5 hindistanlı kişi inək kəsərsə, bu artıq xəbərdir, çünki Hindistanda inək müqəddəs varlıq sayılır. Dünyaya vacib olan bir terror xəbəri bizim üçün əhəmiyyətsiz də ola bilər, çünki “Qarabağ azad oldu” xəbəri onu üstələyər”.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Bu müddətdə bir neçə buraxılış olub, Report Media Məktəbini uğurla bitirən məzunlara sertifikat təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi