Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının professoru Allahverdi Məmmədli deyib ki, Türkiyə informasiya müharibəsində də Azərbaycanın yanındadır.
“Report” xəbər verir ki, o, bu barədə BDU və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir Türk Dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn elmi konfransda çıxışı zamanı danışıb.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında hərb meydanındakı döyüşlər artıq başa çatsa da, informasiya müharibəsi hələ də davam edir: “Belə bir vaxtda Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq, əlbəttə, mühüm əhəmiyyətlidir. Türkiyə ilə Azərbaycanın ortaq media platforması bu baxımdan xüsusi rol oynayır”.
A.Məmmədli bildirib ki, Azərbaycan və Türkiyə informasiya müharibəsi sahəsində təkcə Ermənistanla yox, həm də onun havadarları ilə mübarizə aparır.