PJB ilə Alanya Aktiv Jurnalistlər Cəmiyyəti arasında qardaşlıq protokolu imzalanıb

PJB ilə Alanya Aktiv Jurnalistlər Cəmiyyəti arasında qardaşlıq protokolu imzalanıb Azərbaycan Parlament Jurnalistlər Birliyi ilə Türkiyənin Alanya Aktiv Jurnalistlər Cəmiyyəti arasında qardaşlıq protokolu imzalanıb.
Media
1 Noyabr , 2022 17:06
PJB ilə Alanya Aktiv Jurnalistlər Cəmiyyəti arasında qardaşlıq protokolu imzalanıb

Azərbaycan Parlament Jurnalistlər Birliyi ilə Türkiyənin Alanya Aktiv Jurnalistlər Cəmiyyəti arasında qardaşlıq protokolu imzalanıb.

“Report” xəbər verir ki, imzalanma mərasimi Alanya Aktif Jurnalistlər Cəmiyyətinin açılış mərasimi çərçivəsində baş tutub.

Mərasimdə 21 ölkədən 156 jurnalist iştirak edib. Onlar arasında Azərbaycan, Böyük Britaniya, Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Albaniya, Niderland, Rumıniya, Şimali Kipr, Livan, Ukrayna, Qazaxıstan, Türkmənistan, Suriya, Avstriya və başqa dövlətlərdən media nümayəndələri olub.

Toplantının fəxri qonağı Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar olub.

O, açılış zamanı jurnalistlərin suallarını cavablandırıb.

E.Tatar Kipr türklərinin mübarizəsinin Türkiyənin dəstəyi ilə davam etdiyini bildirib: "Biz Beşbarmaq dağlarından Toros dağlarını görə bilirik. Bu prosesdə Türkiyə Cümhuriyyətinin təminatının qorunub saxlanması önəmlidir. Çətin prosesdə oynadığı oyunlara baxmayaraq, Türkiyə ordusunun Kiprdə çəkindirici qüvvə olaraq davam etməsi bizə qarşı olan tərəflərin niyyətlərini görməyə imkan verir. Bizim şimalla güneyi birləşdirmək hədəfimizdədir”.

Sonra Konseyin ümumi toplantısı olub.

Proqramın açılış nitqlərini KGK sədri Mehmet Ali Dim, Alanya İlçe baş məmuru Fatih Ürkmezer və KKTC Prezidenti Ersin Tatar edib.

KGK sədri Mehmet Ali Dim mərasimə xarici olmaqla KGK-nın 156 üzvünün toplantıya qatıldığını bildirib.

O deyib ki, təşkilat olaraq son illərdə regional gücdən qlobal gücə çevrilmişik: “Bütün Türkiyədə təşkilatlandığımız üçün hazırda əskik olduğumuz vilayət yoxdur. Hazırda KGK-nın 50 vilayətindən nümayəndələr aramızdadır. Üstəlik, 58 ölkədə 21 nümayəndəmiz də toplantımıza qatılıb”.

Mükafatlandırma mərasiminə TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman, Dünya Mətbuat Şuralarının sədri və KKTC Mətbuat Şurasının sədri Melek Şule Aker, veteran jurnalist və yazar Yavuz Donat, Eko Türk TV sahibi Cengiz Özdemir, MESAM-ın (Türkiyə Musiqi Əsərləri Sahibləri Peşəkar Dərnəyinin prezidenti) Rəcəb Ergül, MESAM İdarə Heyətinin üzvü və keçmiş əmək naziri Mustafa Kul iştirak edib.

Qala gecəsində məşhur jurnalist yazar Yavuz Donat, Ukrayna müharibəsi ilə bağlı verilişləri ilə dünyanın diqqətini çəkən krımlı qadın jurnalist Gülsüm Xəlilova və TÜRKSOY-un keçmiş prezidenti Düsen Kaseinov mükafatlandırılıb.

Türkiyə və KKTC-də 20-yə yaxın kanalda canlı yayımlanan seminar "Eftelya" hotelinin konfrans zalında keçirilib.

Digər fəxri qonaq isə xarici işlər naziri Mövlud Çavuşoğlu olub. O, iş qrafikinin intensivliyi səbəbindən gecəyə qatıla bilmədiyindən, videoformatda tədbir iştirakçılarına müraciət edib.

M.Çavuşoğlu Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirlərinin çoxluğu səbəbindən gecəyə qatıla bilmədiyini vurğulayıb.

Cümhuriyyətin ikinci əsrini dünyada Türkiyə əsri etməyi hədəflədiklərini bildirən nazir, Türkiyənin son 20 ildə regional gücdən qlobal gücə çevrildiyini bildirib: “Biz səylərimizi artırmağa davam edəcəyik. Təbii ki, KKTC, Kipr xalqı, Azərbaycanın və bütün türk dünyasının hüquqlarını müdafiə etməyə davam edəcək”.

Sonda mükafatlandırılma mərasimi keçirilib. E.Tatara Qlobal Diplomatiya Mükafatı, sədaqət mükafatı "Sabah" qəzetinin yazarı Yavuz Donata, Türk dünyası mükafatı TÜRKSOY-un keçmiş prezidenti Düsen Kaseinova, media mükafatı TRT World Kanalı adından Antalya Region direktoru Hikmət Kocamana, jurnalistika mükafatı Ukraynadan nəşrləri ilə dünyanın diqqətini çəkən Krımdan olan qadın jurnalist Gülsüm Xəlilovaya təqdim olunub.

Son xəbərlər

Orphus sistemi