"PAŞA Holding"in dəstəyi ilə Gender Hub Azerbaijan sosial platforması tərəfindən “Woman Bazaar” dayanıqlı inkişaf festivalı baş tutacaq.
"Report"un məlumatına görə, festival martın 5-6-da keçiriləcək
Bildirilib ki, 2022-ci il Beynəlxaq Qadınlar Günü dayanıqlı inkişafa çatımlılıq prosesində qadınların innovativ təşəbbüslərini və onların göstərdiyi fəaliyyətlərin iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini vurğulayır. Bu xüsusda, 2 gün keçiriləcək multidisiplinar festivalın əsas məqsədi qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarını artırılmaq ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.
Festival boyunca qadın sahibkarların məhsullarının satışı ilə yanaşı, paralel olaraq, sahibkarlıq fəaliyyətinin qanunvericilikdə tənzimi, biznes etika və satış texnologiyalarından istifadə imkanları, brendinq, özünümüdafiə, ekofeminizm və qadınların dayanıqlı fəaliyyətinə müsbət təsir göstərəcək digər mövzular ətrafında panel müzakirələr, seminar və vörkşoplar həyata keçiriləcəkdir.
Saat: 14:30 - 22:00
Məkan: The Orange Grove Baku (Landmark), Nizami küç 90A
Festival kimlər üçündür?
1. Öz məhsulunun istehsalını və satışını həyata keçirən qadın sahibkarlar;
Qeyd: Azərbaycanın hər bölgəsindən qadın sahibkarların iştirakı mümkündür. Bölgələrdən gələn qadınların yol, qida və məkan xərcləri tam şəkildə qarşılanır.
2. Alıcı qismində qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hərkəs (sadə vətəndaşlar, Dayanıqlı İnkişaf Məqsədlərini hədəf alan icma, sosial platforma və təşkilat nümayəndələri və s.)
Əgər sən də kiçik biznesinin yeni inkişaf kanallarına çıxışını asanlaşdırmaq istəyirsənsə bizimlə əlaqə saxla, festivalda sənin də məhsulun olsun.
Festivalda qadın sahibkar olaraq iştirak üçün əlaqə nömrəsi: 055 283 59 44
İştirak ödənişsizdir.