PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub

PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub “PAŞA Həyat Sığorta” ASC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub.
Media
17 Mart , 2023 19:14
PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub

“PAŞA Həyat Sığorta” ASC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub.

"Report" xəbər verir ki, “Həyat sığortası nədir?” mövzusunda keçirilən təlimin əsas məqsədi jurnalistlərin sahə üzrə biliklərinin artırılması, həmçinin media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Açılış mərasimində çıxış edən PAŞA Həyat şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov PAŞA Həyat haqqında məlumat verib. Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova qurumun peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində gördüyü işlərdən danışıb, həyat sığortası barədə ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. Sonra PAŞA Həyat şirkətinin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov həyat sığortası məhsulları, Anderraytinq və Qiymətləndirmə departamentinin direktoru Bəhruz Hacıyev bu sahələr və Risklərin idarəedilməsi departamentinin direktoru Şahin Mahmudzadə sığorta riskləri haqda təqdimatla çıxış ediblər.

Təqdimatlardan sonra media nümayəndələri üçün “PAŞA Həyat” şirkətinin baş ofisinə infotur təşkil olunub.

Son xəbərlər

Orphus sistemi