Pakistanın tanınmış informasiya agentliyinin baş redaktoru “Report”da olub

Pakistanın tanınmış informasiya agentliyinin baş redaktoru “Report”da olub Bakı. 16 noyabr. REPORT.AZ/ Pakistanın “Dispatch News Desk” (DND) informasiya agentliyinin baş redaktoru İqrar Harun “Report” İnformasiya Agentliyini ziyarət edib.
Media
16 Noyabr , 2018 17:17
Pakistanın tanınmış informasiya agentliyinin baş redaktoru “Report”da olub

Bakı. 16 noyabr. REPORT.AZ/ Pakistanın “Dispatch News Desk” (DND) informasiya agentliyinin baş redaktoru İqrar Harun “Report” İnformasiya Agentliyini ziyarət edib.

“Report” xəbər verir ki, qonaq agentliyin fəaliyyətilə tanış olub, “Report”un baş redaktoru Murad Əliyev və Xarici siyasət şöbəsinin heyəti ilə görüşüb.

Görüşdə DND-in Rus dili şöbəsinin rəhbəri Aleksandra Stefanişin də iştirak edib. Baş redaktor Murad Əliyev qonaqları qurumun fəaliyyətilə tanış edib, “Report”un xəbər siyasəti barədə danışıb. Baş redaktor bildirib ki, “Report”un fəaliyyətində agentliyin istehsal etdiyi məlumatların mötəbərliyi, dəqiqliyi və dürüstlüyü əsas götürülür. Həmçinin Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafına dair informasiya təminatı istiqamətində əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

DND baş redaktoru İqrar Harun isə iki ölkədə baş verənləri obyektiv və vaxtında ictimaiyyətə çatdırmaq üçün həm “Report”la, həm də başqa yerli media qurumları ilə daha sıx əməkdaşlığın vacib olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi