Ötən il 57 jurnalist qətlə yetirilib

Ötən il 57 jurnalist qətlə yetirilib 2018-2019-cu illərdə jurnalistlərin öldürülməsi əvvəlki illərlə müqayisədə daha az baş versə də, cinayətlərin yalnız onda birinin üstü açılıb.
Media
3 Noyabr , 2020 02:28
Ötən il 57 jurnalist qətlə yetirilib

2018-2019-cu illərdə jurnalistlərin öldürülməsi əvvəlki illərlə müqayisədə daha az baş versə də, cinayətlərin yalnız onda birinin üstü açılıb.

“Report”un məlumatına görə, bunu UNESCO-nun Baş direktoru xanım Odre Azule bildirib.

Onun sözlərinə görə, son on ildə dünyada dörd gündən bir jurnalist öldürülsə də, bu cinayətləri törədənlər cəzasız qalmaqda davam edir:

“BMT-yə üzv dövlətlərdən daxil olan məlumata görə, dünyada törədilən qətllərin 13 faizi tamamlanmış məhkəmələr nəticəsində həll edilib. Bu, əvvəlki göstəricilərə nisbətən bir az yaxşılaşma deməkdir”.

Təşkilatın məlumatına görə, 2018-2019-cu illərdə dünyanın müxtəlif ölkələrində 156 jurnalist qətlə yetirilib. Hadisələrin 57-si 2019-cu ildə baş verib. 2018-2019-cu illərdə ən çox jurnalist Latın Amerikası və Karib dənizi bölgəsində qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi