“Naxçıvan Televiziya və Radio Verilişləri” dövlət qeydiyyatına alınıb

“Naxçıvan Televiziya və Radio Verilişləri” dövlət qeydiyyatına alınıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-ni dövlət qeydiyyatına alıb.
Media
6 Aprel , 2021 09:28
“Naxçıvan Televiziya və Radio Verilişləri” dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, səhmdar cəmiyyəti Naxçıvan Dövlət Televiziya və Radio Komitəsi ilə eyni hüquqi ünvanda - Naxçıvan şəhəri, İstiqlal küçəsi, 82-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı açıqlanmır, qanuni təmsilçisi isə gözlənildiyi kimi Sahil Abdulla oğlu Tahirlidir. O, indiyə qədər adı çəkilən Komitənin sədri olub.

Son xəbərlər

Orphus sistemi