Müsavat başqanı: “Yeni Müsavat” qəzetinə təzyiq edə bilmərəm”

Müsavat başqanı: “Yeni Müsavat” qəzetinə təzyiq edə bilmərəm” “Əvvəllər şəxsi münasibətlərdən istifadə edib, qəzet rəhbərliyinə fikirlərimi bildirmişəm”
Media
23 İyun , 2015 14:02
Müsavat başqanı: “Yeni Müsavat” qəzetinə təzyiq edə bilmərəm”

Bakı. 23 iyun. REPORT.AZ/ “Yeni Müsavat” qəzeti müstəqildir. Qəzetin siyasətini Rauf Arifoğlu və onun komandası müəyyən edir. İstənilən mətbu orqana, o cümlədən, “Yeni Müsavat” qəzetinə təzyiq edə bilmərəm”.

“Report”un xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Milli Şura sədri Cəmil Həsənli ilə “Yeni Müsavat” qəzetinin rəhbərliyi arasında yaranmış narazılığa münasibət bildirərkən deyib. O, müxalifət düşərgəsində belə vəziyyətin yaranmasına təəssüfləndiyini qeyd edib: “Biz əvvəldən mübarizənin müxalifətin daxilindən çıxmasına çalışmışıq. Qəzetlə Milli Şura rəhbərliyi arasında yaranan narazılığa gəlincə, deyə bilərəm ki, bu işə müdaxilə edə bilmərəm. Düzdür, əvvəllər şəxsi münasibətlərdən istifadə edib, qəzet rəhbərliyinə fikirlərimi bildirmişəm”.

Son xəbərlər

Orphus sistemi