Bakı. 5 dekabr. REPORT.AZ/ "2008-ci ildən bu günə qədər televiziya və radio yayımında Azərbaycan dilinin tətbiqi məsələsi öz həllini tapıb. Amma təəssüf ki, televiziya və radio yayımı zamanı hələ də ədəbi dil normalarına uyğun addımların atılması ilə bağlı ciddi problemlər qalmaqdadır".
"Report" xəbər verir ki, bunu
Onun sözlərinə görə, bu sahədə müəyyən irəliləyişlər var və bir sıra mənfi tendensiyalar aradan qalxıb: "Bizi narahat edən məqamlardan biri də şou xarakterli verilişlərdə aparıcıların səsləndirdiyi fikirlərdir. Çünki həmin verilişlərdə bayağı, loru sözlərin işlənməsi, eləcə də varvarizmlər baş alıb gedir. Biz daim televiziya kanallarının rəhbərlərinə tövsiyyələrimizi veririk. Bu məsələni daim diqqət mərkəzində saxlamaq lazımdır".
MTRŞ sədri qeyd edib ki, televiziya kanallarının rəhbərləri aparıcıların Azərbaycan dilində tam səlis danışa bilməsinə önəm verməlidir: "Ədəbi dilin normalarının qorunması zamanı yol verilən nöqsanlara insanların yanaşmaları mənfidir. Televiziyalarda və ya radiolarda məişət dilində danışıqlara da rast gəlinir. Adi yaşayışda buna normal yanaşırıq, bu danışıq tamaşa, yaxud bədii filmlərdə ola bilər. Lakin aparıcının dilində bu cür ciddi nöqsanlar olmamalıdır".
O əlavə edib ki, reklam çarxlarında, sağlamlıq proqramlarında qonaqların öz ana dilində danışmamağı da problemdir: "Bu barədə də kanal rəhbərliyi ilə söhbət aparılıb. Qloballaşan dünyada böyük güclərin öz siyasətlərini başqa dövlətə öz dilləri vasitəsilə yeridə bilməsi bizi narahat edən digər məsələdir. Ona görə də reallıqdan çıxış etməliyik. Gücə qarşı durmaq çətindir, amma yenə də efirlərə kənar sözlərin daxil olmasının qarşısını almalıyıq. Hesab edirəm ki, televiziya və radiolarda bu sahədə vəziyyət ürəkaçan deyil. Onlar cəmiyyətə nümunə olmalıdır. Hər bir vətəndaş dil məsələsində öz mövqeyini ortaya qoymalıdır. Efiri təmsil edən şəxslər ədəbi dil normalarına uyğun danışmalıdırlar".