MTRŞ sədri: "1990-cı ilin 19-20 yanvar tarixlərində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədilib"

MTRŞ sədri: "1990-cı ilin 19-20 yanvar tarixlərində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədilib" Qurumda 20 Yanvar şəhidləri anılıb
Media
18 Yanvar , 2017 17:45
MTRŞ sədri: 1990-cı ilin 19-20 yanvar tarixlərində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədilib

Bakı 18 yanvar. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasında (MTRŞ) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov 20 yanvar faciəsi ilə bağlı çıxış edərək 20 yanvar faciəsinin Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, 1990-cı ilin 19-20 yanvar tarixlərində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədildiyini, yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını, itkin düşdüyünü, Qanlı yanvar faciəsinin hərtərəfli, əhatəli və dolğun qiymətinin məhz dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə aldığını qeyd edib.

Tədbirdə Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Milli Televiziya və Radio Şurasının üzvləri, Şura Aparatının əməkdaşları çıxış edib.

Son xəbərlər

Orphus sistemi