MTRŞ: ​Region telekanallarında qanun pozuntularına çox az rast gəlinir

MTRŞ: ​Region telekanallarında qanun pozuntularına çox az rast gəlinir "Reklam yayımı ilə bağlı qanun pozuntusu heç olmur"
Media
105
2 Oktyabr , 2015 13:45
MTRŞ: ​Region telekanallarında qanun pozuntularına çox az rast gəlinir

Bakı. 2 oktyabr. REPORT.AZ/ Regionlarda fəaliyyət göstərən televiziya kanallarının fəalliyyətində qanunvericiliyin tələblərinin pozulması hallarına çox az rast gəlinir. Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, internet üzərindən region kanallarının daim monitorinqləri aparılır. Bununla yanaşı, qurumda müraciətlərin qəbulu üçün "qaynar xətt" də fəaliyyətini davam etdirir: "Region kanallarında qanunvericiliyin tələblərinin pozulması hallarına çox az-az rast gəlinir. Az sayda şikayətlər daxil olur. Şəki televiziyasından falçının efirə çox çıxarılması ilə bağlı şikayət daxil olmuşdu. O məsələ araşdırıldı. Məsələn, region televiziyalarında reklam yayımı ilə bağlı qanun pozuntusu heç olmur. Qanunvericiliyə görə, telekanallar 1 saatda 12 dəqiqə reklam verə bilərlər. Region kanallarında isə bu göstərici bir saatda uzaqbaşı 8-10 dəqiqə olur".

T.Dadaşovun sözlərinə görə, region kanalları sırasında mərkəzi kanallarla eyni səviyyədə verilişlər hazırlayanlar var: "Onlar müasir avadanlıqlarla təhciz olunblar".

Son xəbərlər

Orphus sistemi