MTRŞ-nın şöbə müdiri: “Əminəm ki, hazırda “Səni axtarıram” verilişində neqativ hallara yol verilmir”

MTRŞ-nın şöbə müdiri: “Əminəm ki, hazırda “Səni axtarıram” verilişində neqativ hallara yol verilmir” “Biz efirdə getməyən materiala necə qarışaq?”
Media
14 Noyabr , 2016 13:06
MTRŞ-nın şöbə müdiri: “Əminəm ki, hazırda “Səni axtarıram” verilişində neqativ hallara yol verilmir”

Bakı. 14 noyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişi ilə sosial şəbəkələrdə yayılan kadrlara münasibət bildirib.

Şuranın şöbə müdiri Təvəkkül Dadaşov "Report"a bildirib ki, "Meydan TV" 2014-cü ildə olub-bitmiş kadrarxası məsələləri gündəmə gətirib: "Bəzi jurnalist dostlarımız da bu barədə bizdən açıqlama istəyir. Mən də deyirəm ki, nə cavab verə bilərəm? Axı, həmin kadrlar efirə getməyib. Biz efirdə getməyən materiala necə qarışaq? Digər tərəfdən, həmin faktlar ortaya çıxanda telekanal öz tədbirini gördüyünü bildirmişdi. Əminəm ki, layihənin indiki davamında əvvələr baş verdiyi deyilən neqativ hallara yol verilmir və verilməz də. Çünki orada buna şərait yaradılmaz".

Son xəbərlər

Orphus sistemi