MTRŞ: Dövlət kanallarında bəzi çatışmazlıq aşkarlanıb

MTRŞ: Dövlət kanallarında bəzi çatışmazlıq aşkarlanıb Ötən il dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmazlıq aşkarlanıb.
Media
323
18 Yanvar , 2021 14:50
MTRŞ: Dövlət kanallarında bəzi çatışmazlıq aşkarlanıb

Ötən il dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmazlıq aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir.

Bildirilib ki, monitorinqlər zamanı yayımçıların qanunun bu tələbinə tam şəkildə riayət etdikləri müşahidə edilmir.

Son xəbərlər

Orphus sistemi