Milli Observatoriya sosial jurnalistika təlimlərinə başlayıb

Milli Observatoriya sosial jurnalistika təlimlərinə başlayıb Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya sosial jurnalistika təlimlərinə başlayıb.
Media
13 Mart , 2023 18:35
Milli Observatoriya sosial jurnalistika təlimlərinə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya sosial jurnalistika təlimlərinə başlayıb.

"Report" xəbər verir ki, Milli Observatoriyanın Təlim Mərkəzində təşkil edilən və martın 13-dən 18-nə qədər davam edəcək təlimlərdə 13 media qurumundan jurnalistlər iştirak edir.

Təlimlərdə nazirlik sistemində çalışan peşəkar və təcrübəli əməkdaşlar tərəfindən media işçilərinə əmək, məşğulluq, sosial müdafiə sahələrində göstərilən xidmətlərə, bu sahələrdə aparılan islahatlara, tətbiq olunan innovativ yeniliklərə və sosial hədəflərə, sahəvi terminologiyaya dair məlumatlar verilməsi nəzərdə tutulur.

Habelə bu mövzularda iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Təlimin keçirilməsində əsas məqsəd media nümayəndələrinin əmək, məşğulluq, sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması və bu mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.

Təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi