Tbilisidə Milli Mətbuat Günü qeyd olunub, azərbaycanlı jurnalistlər təltif edilib

Tbilisidə Milli Mətbuat Günü qeyd olunub, azərbaycanlı jurnalistlər təltif edilib Tbilisidəki "Alyans" Gənclər Mərkəzində 22 İyul - Azərbaycanın Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Media
22 İyul , 2024 16:16
Tbilisidə Milli Mətbuat Günü qeyd olunub, azərbaycanlı jurnalistlər təltif edilib

Gürcüstanın paytaxtı Tbilisidə "Alyans" Gənclər Mərkəzində 22 İyul - Azərbaycanın Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə mərkəzdə təhsil alan tələbələr, azərbaycanlı jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərkəzin sədri Leyla Əmrahova Azərbaycan milli mətbuatının yaranma tarixi barədə məlumat verib.

Sonra Mərkəzin icraçı direktoru Rəna Hüseynova çıxış edərək Azərbaycan mətbuatının keçdiyi şərəfli yol barədə danışıb.

Mərasimdə "Report" İnformasiya Agentliyinin Gürcüstan üzrə müxbiri Xanlar Mehdiyev, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov və Azərbaycan Televiziyasının (AzTv) Gürcüstan üzrə müxbiri Ruslan Həsənov çıxış edərək Azərbaycan mətbuatının inkişafı, mətbuata göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat veriblər.

Sonra Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə azərbaycanlı jurnalistlər təltif olunublar.

Tədbir çərçivəsində, həmçinin "Alyans" Gənclər Mərkəzində təşkil olunmuş dil kurslarını uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi