“MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi ilə əlaqədar atəşfəşanlıq keçirilib

“MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi ilə əlaqədar atəşfəşanlıq keçirilib Tədbir “MİR” TV-nin loqosunu özündə əks etdirən rənglərlə ifadə olunub
Media
132
6 Oktyabr , 2017 12:23
“MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi ilə əlaqədar atəşfəşanlıq keçirilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ “MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi münasibətilə MDB ölkələrində, həmçinin Gürcüstanda möhtəşəm atəşfəşanlıq keçirilib.

"Report"un məlumatına görə, tədbir “MİR” TV-nin loqosunu özündə əks etdirən rənglərlə ifadə olunub və müəyyən edilmiş yerlərdə təşkil olunub. Bakıda isə uzun müddət yaddaşlarda qalacaq yubiley atəşfəşanlığı “Dağüstü” parkda keçirilib. Atəşfəşanlığı “MİR” DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşları ilə yanaşı, xarici turistlər və şəhər sakinləri də izləyiblər.

Qeyd edək ki, “MİR” Dövlətlərarası Teleradio Şirkəti 1992-ci ildə MDB məkanında informasiya mübadiləsini daha dolğun və düzgün çatdırmaq məqsədilə yaradılıb. “MİR” Teleradio Şirkətinin verilişləri MDB-yə üzv olan 9 ölkədə, eləcə də Gürcüstanda, Baltik və Şərqi Avropa ölkələrində yayımlanır. Hesablamalara görə “MİR”, “MİR-24” və “MİR-HD” kanallarını gündəlik 140 milyona yaxın tamaşaçı izləyir.

Son xəbərlər

Orphus sistemi