Mətbuat Şurasının sədri “Media haqqında” qanun layihəsini dəstəkləyib

Mətbuat Şurasının sədri “Media haqqında” qanun layihəsini dəstəkləyib “Yeni qanun layihəsi özündə yenilikləri ehtiva edir. Cənubi Qafqaz və bir sıra ölkələrin qanunvericiliyə bələdəm. İndiki qanun layihəsi onlara bərabər və ən yaxşı qanunvericilik olacaq. Hətta onları da qabaqlayacaq”.
Media
10 Dekabr , 2021 11:50
Mətbuat Şurasının sədri “Media haqqında” qanun layihəsini dəstəkləyib
Əflatun Amaşov

“Yeni qanun layihəsi özündə yenilikləri ehtiva edir. Cənubi Qafqaz ölkələrinin və bir sıra dövlətlərin qanunvericiliyə bələdəm. İndiki qanun layihəsi onlara bərabər və ən yaxşı qanunvericilik olacaq. Hətta onları da qabaqlayacaq”.

“Report” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Amaşov xatırladıb ki, media barəsində qanunvericiliyin qəbulundan 20 il keçib, müəyyən dəyişikliklər olsa da, bir sıra məqamlar açıq qalıb: “Yeni layihə həmin açıq məqamları nəzərə alıb. Bir sıra hallarda Mətbuat Şurasına müraciət olurdu və müzakirələr zamanı bəzi məqamları hüquqi baxımdan mübahisələndirə bilmirdik. Çünki bir çox saytların nizamnaməsində xəbərlə bağlı müəyyən müddəalar yox idi. Yeni sənəddə onlayn media geniş anlamda media subyeklətlərinə daxil edilib. İndiyədək Mətbuat Şurasına 16 mindən çox şikayət daxil olub. Onların hamısı məhkəməyə ünvanlansaydı, medianın vəziyyəti necə ola bilərdi?!”

O bildirib ki, bəzi şəxslər öz mənafelərinə görə qəzet və ya sayt açırdı və onlara təzyiq göstərmək mümkün deyildi: “Ona görə də çap mediası ilə bağlı qanun layihəsinə əlavə edilən hissə alqışa layiqdir. Hətta ayrı-ayrı dövlət qurumlarının da öz saytları olurdu. Buna görə də öz xəbərlərini hansısa qəzetə reklam qarşılığında vermək istəmirdilər. Özləri qəzet çap etdirib xəbərlərini məhz orada dərc etdirirdilər. Yeni layihədə dövlət qurumlarının özlərinin hər hansısa sayt yarada bilməmələri ilə bağlı müddəa yer alıb".

Son xəbərlər

Orphus sistemi