Mətbuat Şurası: "Mediada “qara piar” tendensiyası yaşanmadı"

Mətbuat Şurası: "Mediada “qara piar” tendensiyası yaşanmadı" Ötən gün keçirilən prezident seçkiləri ilə bağlı mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb.
Media
8 Fevral , 2024 12:49
Mətbuat Şurası: Mediada “qara piar” tendensiyası yaşanmadı

Ötən gün keçirilən prezident seçkiləri ilə bağlı mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb.

"Report" xəbər verir ki, bu barədə Mətbuat Şurasının seçkilərlə bağlı yaydığı yekun məlumatda qeyd olunub.

Bildirilib ki, seçkiqabağı dövrdə Mətbuat Şurasının monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirib: "Monitorinqin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşıb, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin edib".

Vurğulanıb ki, prezident seçkiləri həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü medianın prosesi işıqlandırması, onun qanunauyğun fəaliyyətinin, bütövlükdə media azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirilib: "Ümumən, seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşıb. Ən əsası, Azərbaycan mediası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nümayiş etdirib".

Son xəbərlər

Orphus sistemi