Medianın İnkişafı Agentliyi jurnalistlər üçün
Bu barədə "Report"a MEDİA-dan məlumat verilib.
Bildirilib ki, “Media haqqında” qanunun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə yazı təqdim edən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
ən yaxşı reportaj;
ən yaxşı ictimai-siyasi təhlil;
ən yaxşı sosial-iqtisadi təhlil;
ən yaxşı müsahibə;
ən yaxşı mədəniyyət materialı;
ən yaxşı bədii publisistika;
ən yaxşı köşə yazısı;
ən yaxşı jurnalist araşdırması;
ən yaxşı oçerk.
Müsabiqəyə süjet təqdim edən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində yayımlanmış süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
ən yaxşı ictimai-siyasi reportaj;
ən yaxşı iqtisadi reportaj;
ən yaxşı sosial reportaj;
ən yaxşı mədəniyyət reportajı;
ən yaxşı idman reportajı.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan edilir və mükafatlandırılır.